Xəbər lenti

Azərbaycanlı erməniyə qalib gəldi, Avropa çempionu oldu
İdman 11:21 29.10.2017

Azərbaycanlı erməniyə qalib gəldi, Avropa çempionu oldu

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. "Qaynarinfo" xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirərək, çempion tituluna yiyələnib. Finala kimi 3 qarşılaşmasını nokautla aktivinə yazan boksçumuz həlledici döyüşdə Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyana da gücünü göstərib. O, erməni əsilli rəqibinə 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.  

Millimizin digər üzvü Amin Kuşkov (75 kq) isə final görüşündə rusiyalı Daniel Teterevlə qüvvəsini sınayıb. Gərgin keçən qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatdığından idmançımız gümüş medala layiq görülüb. 

Komandamızın heyətində Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə Avropa birinciliyini bürünc medalla başa vurublar. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->