Foto 17:12 11.05.2019

Azərbaycan hərbi helikopterləri Türkiyəyə yola düşdü (FOTOLAR)

Mayın 13-dən başlayacaq "Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.