Müxtəlif ölkələrin əhalisi arasında ingilis dili səviyyəsini qiymətləndirən "EF English Proficiency Index” reytinqində Azərbaycan 86-cı yeri tutub.
112 ölkədən ibarət sıralamada ilk 3-lüyü Niderland, Avstriya və Danimarka tutub. Sıralamanın ən aşağı pillələrində isə Cənubi Sudan və Yəmən yer alıb.
Qeyd edək ki, sözügedən sıralamada Türkiyə 70-ci, Ermənistan 59-cu, İran 58-ci, Rusiya 51-ci, Gürcüstan isə 50-ci yerdədir./Yeniavaz.com
Şərhlər