Azərbaycan İqtisad Universiteti maliyyə dəyəri 64 800 AZN olan satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, fiziki şəxslərlə (həmin şəxslərin adı və sayı qeyd edilməyib) bağlanan müqavilədə "Economic Development" (müəllif: Michael Todaro və Stephen Smith) adlı kitabı Azərbaycan dilinə standartlara uyğun olaraq tərcümə xidmətinin satın alınması nəzərdə tutulur.
Bu sahə üzrə mütəxəssislərin sözlərinə görə, bir kitabın tərcüməsi olunması üçün 64 800 AZN kifyaət qədər böyük məbləğdir.
"Azərbaycanda yüksək qonorar verən nəşriyyatlar belə bir kitabın tərcüməsinə maksimum 4-5 min manat qonorar ödəyir. 65 min kifayət qədər yüksək məbləğdir. Hətta çap xərci nəzərə alınsa belə, yenə də real xərc bundan 3-4 dəfə azdır”, deyə mütəxəssislər bildirir.
Məlumat üçün deyək ki, Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradovdur.
Seyid
Şərhlər