Azərbaycan millisinin baş məşqçisi dəyişdirildi

Azərbaycan millisinin baş məşqçisi dəyişdirildi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik olub.

Yığmamızı mayın 28-də start götürəcək Qızıl Avropa Liqasına Vasif Talıbov çıxarmayacaq.

Millidə hansısa uğura imza ata bilməyən gənc çalışdırıcını Vüqar Əliyev əvəzləyib. Əsas komandamızda və aşağı yaş qrupu üzrə yığmalarımızda çalışmış təcrübəli mütəxəssis təlim-məşq toplanışında da voleybolçularımıza rəhbərlik edib.

Yığmada digər məşqçilər isə dəyişməz qalıb. Əliyevə Eldar Yusubovla Famil Ağayev köməklik edəcəklər. Artıq Azərbaycan Voleybol Federasiyası bununla bağlı sifarişini Avropa Voleybol Konfederasiyasına da göndərib.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.//Apasport.az
X
XƏBƏRLƏR
BLOGLAR