Xəbər lenti

Azərbaycan nefti yenidən ucuzlaşdı
Ekonomiks 23:25 14.11.2017

Azərbaycan nefti yenidən ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 64,66 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,97 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 63,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də 61,19 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 13-də 63,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,17 dollar/barel azdır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->