Foto 17:48 21.06.2019

Azərbaycan Ordusu cəbhə bölgəsində təlim keçirib (FOTO/VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, senariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.