Ölkə 14:05 16.05.2021

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq, mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.