Ölkə 23:51 23.10.2020

"Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir"

Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.