Azərbaycan şairi ilə bağlı sikkə buraxıldı

Azərbaycan şairi ilə bağlı sikkə buraxıldı

Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş bürünc pul buraxılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadla xəbər verir ki, sikkə Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin Türkiyə Respublikasının Xəzinə və Maliyə Nazirliyinin təşkilatçılığı ilə hazırlanıb.

Sikkənin bir tərəfində "İmadəddin Nəsiminin 650 illiyi", digər üzündə isə "Türkiyə Cümhuriyyəti 2,5 lirə" yazısı yer alıb.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə 2019-ci il Nəsimi ili elan edib.
XƏBƏRLƏR
BLOGLAR