Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinə dekan seçkisi keçirilib.
Universitetdən APA-ya verilən məlumata görə, seçki "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun təşkil olunub.
Əvvəlcə seçkidə iştirak etmək üçün namizədliyini irəli sürmüş AzTU-nun Magistratura şöbəsinin müdiri Malik Qarayevin platforması dinlənilib.
Daha sonra fakültənin professor-müəllim heyətinin iştirakı ilə gizli səsvermə keçirilib.
Seçkinin nəticəsinə görə səsvermədə iştirak edən hər kəs namizədin lehinə səs verib və Malik Qarayev AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin yeni dekanı seçilib.
Şərhlər