Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında "Dövlət Məşğulluq Agentliyi" Publik Hüquqi Şəxsi məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, agentlik barəsində məhkəməyə qurumun keçmiş əməkdaşı Mahmudova Nigar Seydi qızı müraciət edib.
Nigar Mahmudova məhkəmədə "Əmək mübahisələri - İşə bərpa, Əmək haqqı tələbi" üzrə iddia qaldırıb.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlilun icraatındadır.
Əldə etdiyimiz məlumata görə, Nigar Mahmudova Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında böyük mütəxəssis vəzifəsində çalışırmış.
Əhməd
Şərhlər