XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
Ölkə17:51 03.10.2026

6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs

Şamaxıda oğlunun həbsdən vaxtından əvvəl azad ediləcəyinə inandıraraq vətəndaşdan 6 min manat alan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Şamaxı Rayon Məhkəməsində baxılan cinayət işi üzrə Süleymanov Etibar Hacıağa oğlu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, Etibar Süleymanov özünü cəzaçəkmə müəssisələrində geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, Cahangir Atamaliyevin cəza çəkən oğlu Talehi vaxtından əvvəl azad etdirə biləcəyini bildirib.

Bu məqsədlə Cahangirdən iki dəfəyə ümumilikdə 6 min manat alıb. Pulun 3 min manatı əvvəlcə 2 min və 1 min manat olmaqla, daha sonra isə eyni qaydada daha 3 min manat onun bank hesabına köçürülüb.

Etibar Süleymanov isə məhkəmədə pulu aldığını etiraf edib. O, həmin vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini və Talehin azadlığa buraxılması üçün hər hansı tədbir görmədiyini bildirib.

Məhkəmə hesab edib ki, onun əməlində dələduzluq cinayətinin tərkibi tam sübuta yetirilib.

Hökmə əsasən, Süleymanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəl həbsdə saxlanıldığı 2 ay 26 gün müddət nəzərə alınaraq, onun üzərində qəti olaraq 2 il 6 ay 4 gün həbs cəzası saxlanılıb.

Süleymanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın