XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Toyuq əti bu səbəblərdən bahalaşır
Ekonomiks16:10 03.10.2026

Toyuq əti bu səbəblərdən bahalaşır

Son vaxtlar Azərbaycanda quş əti məhsullarının bahalaşması müşahidə edilir.

Qaynarinfo xəbər verir ki, iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında qiymət artımının səbəblərinə toxunub.

O, qiymət artımının bir neçə səbəbdən qaynaqlandığını bildirib:

“Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb - bu dövrdə 53 min ton quş əti istehsal olunub.

2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur. Qiymət artımının isə bir neçə səbəbi var:

1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib;
2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü - xərci artıb;
3) Yem və dərmanların qiyməti yüksəlib;
4) Nəhayət ən vacib məsələlərdən biri – qirmızı ət, yəni, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır".