XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rektor 4 ay əvvəl təyin etdiyi müşavirini işdən çıxardı
Ölkə15:14 03.10.2026

Rektor 4 ay əvvəl təyin etdiyi müşavirini işdən çıxardı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri Xəyyam Cavadzadə vəzifəsindən azad olunub.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bu barədə ali məktəbin rektoru, professor Ədalət Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, X.Cavadzadə UNEC rektorunun iqtisadi məsələlər üzrə müşaviri postundan azad edilib. Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb.

O, bu vəzifədə cəmi 4 ay 17 gün işləyib. X.Cavadzadə 2026-cı il mayın 14-də müşavir təyin olunmuşdu.

O, daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında inzibati və təşkilati məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb.