XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Buxur Lounge” restoranının sahibi yayılan xəbərlərə reaksiya verdi
Ölkə15:10 03.10.2026

“Buxur Lounge” restoranının sahibi yayılan xəbərlərə reaksiya verdi

Ötən gün mətbuatda Xırdalanın mərkəzinə yaxın ərazidə yerləşən sənaye sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmərtəbəli binaların inşasının planlaşdırılması haqqında məlumatlar getmişdi.

Məlumatda sənaye sahəsindəki zavodun sökülməsi prosesinin Vüsal adlı şəxs tərəfindən aparıldığı deyilirdi. Həmin şəxsin həm də Nəriman Nərimanov metrostansiyasının yaxınlığında - İzzəddin Həsənoğlu küçəsi 14 ünvanında yerləşən “Buxur Lounge” restoranının sahibi olduğu bildirilirdi.

Saytımızla əlaqə saxlayan Vüsal adlı şəxs “Buxur Lounge” restoranının sahibi olduğunu təsdiqləsə də, bina tikintisi və ya hansısa ərazidə söküntü işləri ilə heç bir əlaqəsi olmadığını bildirdi:

"Mən restoran işi ilə məşğulam, dövlətimə sadiq adamam. Ramiz Mehdiyev kimi adamları tanımamışam, tanımaq da istəmirəm. Başımı aşağı salıb öz işimlə məşğulam".

Araşdırmamız zamanı öyrəndik ki, Xırdalandakı adıçəkilən ərazi əvvəl metal tullantılarının toplandığı sahə olub, daha sonra orada plastik-qapı pənrərə sexi və şəxsi istidadə üçün avtodayanacaq olub. Amma bu iş uğursuz nəticələndiyinə görə sexin sökülməsinə qərar verilib. Ərazinin sahiblərinin də başqa şəxslər olduğu bildirildi və bina tikintisi ilə bağlı söylənilənlər də təsdiqini tapmadı.