XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Deputat: "Heydər Əliyevin qayıdışı Azərbaycan tarixinin yeni səhifəsini açdı"
Siyasət15:30 03.10.2026

Deputat: "Heydər Əliyevin qayıdışı Azərbaycan tarixinin yeni səhifəsini açdı"

"Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyunda yenidən böyük siyasətə qayıdışı Azərbaycan tarixinin yeni səhifəsini açdı".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ciddi dövlətçilik böhranı, vətəndaş müharibəsi təhlükəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə son qoyuldu:

"Ulu öndərin böyük siyasi təcrübəsi, onun milli maraqları, xalqın istəyini dərindən bilməsi və onların həlli üçün çox addımlar ata bilməsi qısa zamanda Azəraycanda ciddi dəyişikliklər yaratdı. Vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı. Demokratik hüquqi dövlət aparatı formalaşmağa başladı, ciddi islahatların əsası qoyuldu. Bütün bunlar Azərbaycan qarşısında duran məsələlərin tədricən həllinə gətirib çıxardı. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi iqtisadiyyatımızın böyüməsinə, ordumuzun güclənməsinə, milli maraqlarımıza uyğun xarici siyasətin yeridilməsinə gətirib çıxardı".

Aydın Mirzəzadə vurğulayıb ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı işğal etdiyi torpaqlarımızdan çəkilməyə məcbur etdi:

"Ermənistan həm hərbi, həm siyasi, həm hüququ cəhətdən Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu. Dünya Azərbaycanın özünün ağır problemini öz gücünə həll etməsinin şahidi oldu. Torpaqlarımızın böyük hissəsi azad edildi, üç ildən sonra keçirilən anti-terror əməliyyatında ümumiyyətlə, Azərbaycanda seperatizmə son qoyuldu, ərazi bötüvlüyü təmin edildi. Bu gün birmənalı şəkildə demək olar ki, Ülu Öndərin dövlətçilik fəlsəfəsi onun qurduğu Azərbaycan dövləti, Azərbaycan xalqının maraqlarına tam cavab verir".

Qeyd edək ki, 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

Bahar Rüstəmli