XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hikmət Babaoğlu: "Ulu Öndər vahid komandanlığa tabe olan ordu yaratmağı bacardı"
Siyasət14:53 03.10.2026

Hikmət Babaoğlu: "Ulu Öndər vahid komandanlığa tabe olan ordu yaratmağı bacardı"

"3 oktyabr 1993-cü il tarixi Azəraycanda ilk dəfə legitim əsaslarda hakimiyyətin formalaşdığı tarixdir. Azərbaycan xalqı məhz bu tarixdə öz siyasi iradəsi ilə 98,8 faizlə böyük dövlət xadimi, Ulu Pndər Heydər Əliyevi prezident seçmiş oldu".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Heydər Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu və hərbi potensialın gücləndirilməsinin gələcək proseslərə təsirini izah edərkən deyib.

O bildirib ki, Azərbaycanın milli dövlət quruculuğu prosesi məhz bundan sonra başlayıb:

"İşğala son qoyuldu, 1994-cü ildə atəşkəs əldə edildi. Eyni ilin sentyabr ayında "Əsrin Müqaviləsi" imzalanmaqla Azərbaycanın iqtisadi əsasları yaradıldı. Bu təməllər üzərində güclənən Azərbaycan nəhayət tarixi zəfərinə imza atmağı bacardı. Şübhəsiz ki, dövrün ən böyük problemi Azərbaycanda vahid ordunun olmaması idi. Müxtəlif siyasi partiya sədrlərinin hər birinin az qala özünün ordusu olması idi. Azərbaycan ordusu vahid komandanlığa tabe olan bir ordu deyildi. Orduda təxribatlar baş verirdi, komplektləşdirilməsi və silah-sursatla təhciz olunması bərbad vəziyyətdə idi. Ordu mənsublarının mənəvi, psixoloji əhval-ruhiyyəsi günü-gündən məğlub əhval-ruhiyyəsinə çevrilirdi".

Hikmət Babaoğlu həmçinin ordunun maddi təminatının çox aşağı səviyyədə olduğunu əlavə edib:

"Bu şərtlər altında Azərbaycanda yenidən ordu qurulmalı idi. Bunun üçün ilk növbədə qeyri-qanini hərbi birləşmələrinin və müxtəlif siyasi partiya sədrlərinin təsiri altında olan ordu birləşmələrinin hamısı buraxılmalı, yenidən hərbi intizam və dövlət maraqları əsasında yeni ordu qurulmalı idi. Ulu Öndər Heydər Əliyev bu işləri görməyi bacardı".

Deputat həmin dövrdə bunları görməyin çox çətin olduğunu bildirib:

"Çünkü hər addımda Azərbaycan dövləti müqavimətlə üzləşirdi, amma sonda Ulu Öndər Heydər Əliyev vahid komadanlığa tabel olan milli ordu yaratmağı bacardı. Həmin ordunun bazasında bu gün Azərbaycanın qürur duyduğu qalib ordu formalaşmış oldu".

Bahar Rüstəmli