XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Neftçi"nin sabiq futbolçusu böyük qalmaqalda
İdman17:34 03.10.2026

"Neftçi"nin sabiq futbolçusu böyük qalmaqalda

Vaxtilə Bakının “Neftçi” klubunda çıxış etmiş sovet futbolçusu, sonralar Moskva “Dinamo”sunun rəhbərliyində təmsil olunmuş Vladimir Mixalevskinin adı Rusiyada növbəti böyük cinayət işində hallanır. Məşhur məşqçi Valeri Qazzayevin uzun illər yaxın dostu və biznes ortağı olmuş Mixalevski hazırda ev dustaqlığındadır. Mənbələr onunla bağlı cinayət işinin istintaqının bilərəkdən ləngidildiyini iddia edirlər.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, Moskvanın Şimal-Şərq İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsinin istintaq rəisi Anton İvanov Mixalevski və digər şəxslər barəsində ittiham aktının təsdiq üçün prokurorluğa göndərilməsini qəsdən yubadır.

Mənbə bunun Mixalevskinin kürəkəni Aleksey Pirtsxalavanın fəaliyyəti ilə əlaqəli ola biləcəyini iddia edir.

Pirtsxalava Rusiya İstintaq Komitəsinin keçmiş əməkdaşı, istefada olan DİN generalı Konstantin Pirtsxalavanın oğludur.

Hazırkı cinayət işində Mixalevski tək deyil. Onunla birlikdə “Andim” MMC-nin direktoru Yevgeni Kurbanov və Mixalevskinin digər kürəkəni Mixail Semyonov da iş üzrə keçir.

Semyonov federal axtarışa verilib və mənbənin məlumatına görə, hazırda Gürcüstan ərazisində gizlənir. Kurbanov isə istintaqdan yayınmaq üçün gizləndiyi psixiatriya xəstəxanasında saxlanılıb.

Vladimir Mixalevskinin bioqrafiyasında Azərbaycan futbolu ilə bağlı maraqlı səhifə də var.

O, sovet dövründə Bakının “Neftçi” klubunda çıxış edib və gənclər arasında dünya çempionatının mükafatçılarından olub.

Futbolçu karyerasını başa vurduqdan sonra isə Mixalevskinin həyatı məşhur sovet və Rusiya futbolçusu, sonradan tanınmış məşqçi Valeri Qazzayevlə sıx şəkildə əlaqələnib. Mənbə onları uzun illərin yaxın dostları və tərəfdaşları kimi təqdim edir.

Qazzayev 2000-ci ildə Moskva “Dinamo”sunun baş məşqçisi təyin ediləndə Mixalevski Ümumrusiya “Dinamo” İdman Cəmiyyətinin sədr müavini vəzifəsinə gətirilib.

Bu postda Mixalevski “Dinamo” manejinin ərazisində fəaliyyət göstərən bazar və mağazalara nəzarət edib. həmin obyektlərin böyük gəlir gətirdiyini və gəlirlərin Mixalevski ilə Qazzayev arasında bölüşdürüldüyünü iddia edilir.