XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

30 min manatdan başlayır - Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir
Ekonomiks21:55 03.10.2026

30 min manatdan başlayır - Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı bildirib ki, Bakı şəhərində standartlara cavab verməyən və kifayət qədər ucuz təklif olunan evlər var:

“Bu mənada mənzillər üzrə müqayisə aparası olsaq, təbii ki, en ucuz mənzillər şəhər mərkəzindən uzaqda yerləşən ərazilərdədir. Məsələn, Buzovna, Mərdəkan və digər kənar qəsəbələrdəki mənzillər buna misaldır. Hətta Pirallahı rayonunda birotaqlı mənzillərin qiyməti 30–35 min manat arasında dəyişir.

Ancaq Bakıda bəzi ərazilər var ki, mərkəz sayılmasa da, burada birotaqlı evlərin qiyməti həddən artıq yüksəkdir. Məsələn, Yeni Günəşlidə və Sabunçunun bəzi hissələrində birotaqlı mənzillərin qiyməti artıq 100 min manatı ötür. Qiymətlərin belə baha olmasının əsas səbəblərindən biri kiçikölçülü mənzillərə olan tələbatın həddən artıq yüksək olmasıdır”.

Ekspert vurğulayıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də azotaqlı mənzillərə tələbat üstünlük təşkil edir və onlar bazarda daha sürətlə satılır.