Azərbaycan Türkiyəyə daha 1 təyyarə, 40 yanğınsöndürən göndərəcək

Azərbaycan Türkiyəyə daha 1 təyyarə, 40 yanğınsöndürən göndərəcək

"Sabah qardaş Azərbaycandan 1 təyyarə ilə 10 nəfərlik heyət və 40 yanğınsöndürənlə 150 nəfərlik heyət ölkəmizə gələcək”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nazirlərin toplantısında deyib.

"Təyyarəni Azərbaycan daha ilk gündən göndərmək istəmişdi, amma təmirdə idi. Artıq Azərbaycandan 2, Ukraynadan 1 təyyarə gəlib. Rusiyadan da gələcək. Şirkətlərimizdən biri İsrailin şirkətindən kirayələdiyi 2 təyyarə də sabah ölkəmizə enəcək”, - deyə Çavuşoğlu qeyd edib.
XƏBƏRLƏR
BLOGLAR
X