Sağlamlıq 21:34 07.03.2020

Azərbaycan Uşaqlar Birliyinin sədri koronavirusla bağlı çağırış etdi

Azərbaycan Uşaqlar Birliyi dezinfeksiya olunmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, qeyd edib ki, koronavirusla əlaqədar Baş nazirin verdiyi qərar hər bir müəssisəyə şamil olunmalıdır:

"Bizim sığınacaqda hal-hazırda 35 nəfər var. Hər gün gələnlər var. Hara yerləşdirim bu qədər uşağı, ananı? Heç olmasa uşaqları iki günlük bağçalardan birinə yerləşdirə bilsək, dezinfeksiya üçün müraciət edərdik. Onsuz da bağçalar da bağlanıb".

Kəmalə Ağazadə qeyd edib ki, uşaqlar 2 günlük  bağçaya yerləşdirilsə, sığınacaqda da təhlükəsizlik tədbirləri görmək mümkündür.
 
Bahar Rüstəmli