Xəbər lenti

Azərbaycan və Ermənistan XİN şefləri İsveç görüşündə nədən danışacaq?
Siyasət 15:47 02.12.2021

Azərbaycan və Ermənistan XİN şefləri İsveç görüşündə nədən danışacaq?

"Diplomatların İsveç görüşündə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, diversiya fəaliyyətinə görə tutulan ermənilərin təhvil verilməsi kimi məsələlər müzakirə edilə bilər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bu gün ATƏT-in Nazirlər Konfransı çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan arasında olacaq görüşü dəyərləndirərkən deyib: 

 


"Əslində bu istiqamətdə keçirilən bütün görüşlər maraqlıdır. Belə görüşlər iki dövlət arasında münasibətlərin yaxınlaşmasına xidmət edir. Azərbaycan və Ermənistan arasında danışıqların gündəliyində müxtəlif məsələlər dayanır. Bu məsələlər sırasında dövlət rəhbərlərinin son Soçi görüşündə müzakirə etdikləri sərhədlərin delimitasiya və demarkasiyası, dəhlizin, kommunikasiyaların açılması, diversiya fəaliyyətinə görə, tutulan ermənilərin təhvil verilməsi və s.
məsələlər var. Xarici işlər nazirlərinin İsveçdə olacaq görüşündə də yuxarıda qeyd edilən məsələlərin müzakirə olunacağı gözlənilir. Diplomatlar arasında görüşdə sadaladığım bu mövzulardan kənar mövzuların müzakirəsi gözlənilmir. Ona görə ki, xarici işlər nazirləri dövlət və hökumət başçılarının müzakirə etdikləri mövzulardan kənara çıxa bilməzlər. İsveçdəki bu görüşə gəldikdə, ondan real nəticələr gözləmək də hələ tezdir”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->