Ölkə 12:52 23.07.2018

Azərbaycan vətəndaşları bu il Türkiyədə nə qədər mülk alıb? (STATİSTİKA)

Azərbaycan vətəndaşları bu ilin ilk 6 ayı ərzində Türkiyədə 414 daşınmaz əmlak alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Türkiyədə ən çox əmlak alanlar isə İraq, Səudiyyə Ərəbistanı, İran, Rusiya və Əfqanıstan vətəndaşlarıdır.

Xarici ölkə vətəndaşlarına daşınmaz əmlak satışı ən çox İstanbul şəhərində qeydə alınıb.

Ümumilikdə ilk 6 ay ərzində 22 min 234 əmlak satılıb.
 
Çingiz Səfərli