Azərbaycana gətirilən elektrik avtomobillərinin sayı açıqlandı (ŞƏRH)

Azərbaycana gətirilən elektrik avtomobillərinin sayı açıqlandı (ŞƏRH)

"2020-ci ildə Azərbaycana elektriklə işləyən 5247 avtomobil gətirilib. Hələlik çox azdır - ümumi avtomobil idxalının 10%-i qədər".

Qaynarinfo xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Ekspertin sözlərinə görə, hələlik ölkəyə gətirilən elektriklə işləyən avtomobillərin sayı az olsa da artım tempi yüksəkdir:

"2018-də cəmi idxal 146 ədəd, 2019-da 1000 ətrafında. 2020-də 5300-ə yaxınlaşıb. Ötən 2 il üzrə orta hesabla ümumi idxalın heç 1%-ni təşkil etmir.  Bu baxımdan 10%-ə də baxıb təskinlik tapmaq olar.

Hökumətin hədəfi 2025-dək illik idxalın ən azı 50%-nə nail olmaq olmalıdır.

Bunun üçün həm xalis elektromobillər, həm də hibridlər 0 vergilə ölkəyə buraxılmalı, dəyəri 30 min dollara qədər olan maşınlara 2025-ci ilədək 10-20% intervalında dövlət dəstəyi təklif olunmalıdır.

Dünya nəhəng texnoloji transfer dövrü yaşayır, bu prosedən kənarda qalmaq orta çağın ətəyindən yapışmağa bərabərdir..."

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR