Azərbaycana mənşəyi bəlli olmayan toxumlar idxal edilir (VİDEO)
Bəzi iş adamları xaricdən mənşəyi bəlli olmayan toxumlar alır, daha sonra isə zərərə düşürlər.
Xezerxeber.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi belə vəziyyətlə qarşılaşmamaq üçün fermerlərə yeni imkanlar yaradıb.
Nazirliyin bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə dövlət xidmətinin rəisi İmran Cümşüdov istənilən toxumları yoxlamaq üçün 12 regional toxum sertifikatı mərkəzinin fəaliyyət göstərdiyini açıqlayıb.
Azərbaycanın bir sıra toxumları xaricdən aldığını bildirən xidmət rəisi hazırda bütün bitki toxumları üzrə ölkəni təmin etmək üçün ciddi işlər aparıldığını söyləyib.
Qeyd edək ki, bu il 100 min ton buğda toxumu seçilərək götürülüb. Bu toxumlar laboratoriyalarda yoxlanılıb və müsbət rəy aldıqdan sonra sertifikatlaşdırılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər