"Bu il Cinayət Məcəlləsində bir sıra əhəmiyyətli dəyişikliklər edilib".
Qaynarinfo xəbər verir ki, bunu "Sputnik"ə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
"Həmin dəyişikliklərə əsasən on minədək məhkumun cəzasına yenidən baxılacaq. Bütün bunların fonunda yeni əfv sərəncamının verilməsini istisna edirəm”, deyə o bildirib.
Əliməmməd Nuriyev bildirib ki, gələn il əfv sərəncamı və amnistiya aktı qəbul edilə bilər.
Şərhlər