Azərbaycanda abort edən qadınların sayı artıb.
Trend-in məlumatına görə, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2015-ci ildə abortların sayı 27 452, 2014-cü ildə 27 220, 2013-cü ildə isə 27892 olub.
2013-cü ildə ölkədə 15-49 yaşlı hər 1000 qadından 10,4-ü, 2014-cü ildə 10,1-i, 2015-ci ildə 10,3-ü abort etdiyi halda, 2016-cı ildə hər 1000 qadına düşən abortların sayı artaraq 13-ə yüksəlib.
Ötən il edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür.
İllər üzrə müqayisə etdikdə 20 yaşa qədər olan qadınlar arasında abort sayı azalsa da, 20-24 və 25-29 yaş qrupu üzrə abort edənlərin sayı artıb.
Keçən il 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib.
2016-cı ildə ölkədəki 15-29 yaşlı qadınların hər 1000 nəfərindən 16,8-si abort edib. Bu rəqəm də əvvəlki illərə nisbətən yüksəkdir. Belə ki, 2013-cü ildə hər 1000 qadına düşən abortların sayı 12,2, 2014-cü ildə 12, 2015-ci ildə 12,9 olub.
Qaynarinfo.Az
Şərhlər