Ölkə 18:57 08.03.2018

Azərbaycanda axtarışda olan 23 nəfər həbs edildi

Daxili İşlər Nazirliyi son sutka ərzində qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

Qaynarinfo nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıbb. Əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.