Prezident İlham Əliyev İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla aşağıdakı inzibati məhkəmələr təşkil edilir:
1.1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;
1.2. Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;
1.3. Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;
1.4. Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;
1.5. Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;
1.6. Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.
2. Aşağıdakı kommersiya məhkəmələri təşkil edilsin:
2.1. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;
2.2. Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;
2.3. Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;
2.4. Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;
2.5. Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;
2.6. Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.
Sərəncamla Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.
Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin. Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Prezidentə təqdim etməlidir. Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.
Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.
Şərhlər