Ekonomiks 23:32 22.10.2019

Azərbaycanda bu məhsul ucuzlaşmaqda davam edir

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Trend-in məlumatına görə, oktyabrın 22-də qızılın qiyməti oktyabrın 21-i ilə müqayisədə 8,534 manat azalaraq 1 unsiya üçün 2523,939 manat təşkil edib.

Gümüş 0,0055 manat bahalaşaraq 1 unsiya üçün 29,8613 manata bərabər olub.

Platinin qiyməti 8,0835 manat azalaraq 1510,484 manat, palladiumun qiyməti 3,9015 manat azalaraq 3005,77 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.