Xəbər lenti

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
Ölkə 10:56 23.01.2021

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.
 
Milli Məclisin yaz sessiyası zamanı müzakirəyə çıxarılması nəzərdə tutulan dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->