Ölkə 09:47 21.01.2021

Azərbaycanda bu xəstəliklərin sayı azaldı

Ötən il Azərbaycanda bir sıra xəstəliklərin sayında azalma müşahidə olunub.

Bu barədə Qaynarinfo-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qızılca ilə (99,3 faiz), bruselyoz ilə (66,2 faiz), su çiçəyi ilə (60,2 faiz), skarlatina ilə (56,1 faiz), viruslu hepatit ilə (49,0 faiz), qazanılmış immunçatışmazlıq sindromu ilə (43,5 faiz), qonokokk infeksiyası ilə (41,1 faiz), ağciyər vərəmi ilə (33,5 faiz), sifilis ilə (29,5 faiz) xəstələnmə halları azalıb.