Xəbər lenti

Azərbaycanda BYD avtomobilləri satan şirkət cərimələnir
Ekonomiks 14:34 26.12.2024

Azərbaycanda BYD avtomobilləri satan şirkət cərimələnir

Azərbaycanda BYD markası altında Çin avtomobillərinin satışını həyata keçirən "BYD Motors Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Anar Məlikov Əli oğludur.  

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->