Ölkə 20:57 03.05.2021

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 119 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 517 042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 739 təşkil edir.