Xəbər lenti

Sağlamlıq 19:16 30.04.2021

Azərbaycanda daha 1 196 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib. 25 132 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319, bu günə qədər isə ümumilikdə 3 241 186 test icra olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->