Azərbaycanda daha bir sabiq nazir həbs edildi (RƏSMİ/YENİLƏNLİB)

Azərbaycanda daha bir sabiq nazir həbs edildi (RƏSMİ/YENİLƏNLİB)

Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, M.Qəribov prokurorluq əməkdaşları tərəfindən tutulub.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov da həbs edilib.
 
12.53

Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.

Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.

Onun külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR