Azərbaycanda hansı avtomobillərin qiyməti artıb? (VİDEO)

Azərbaycanda hansı avtomobillərin qiyməti artıb? (VİDEO)

Azərbaycanda 1 il ərzində mühərrikinin həcmi 2,5 litrdən yuxarı olan maşınlara tələbat azalıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı İTV videomaterial hazırlanıb.

Belə ki, artıq sürücülər pullarını bahalı benzin və lüks avtomobillər uğrunda xərcləmək istəmir.

İndi daha sərfəli – dizel yanacağı və ya qazla işləyən maşınlara üstünlük verilir. Amma bu cür avtomobillərin ekologiyaya ziyan vurduğu da məlum məsələdir.

Nəzərə alsaq ki, bəzi sürücülər avtomobillərə kustar üsulla qaz çəni quraşdırır, məsələ daha ciddi görünür. Bütün bunları düşünən hökumət çıxış yolları axtarmağa başlayıb. Belə ki, hibrid avtomobillərə marağı artırmaq məqsədilə onlar növbəti 3 ildə ƏDV-dən azad edilib. Bəs bu qərardan sonra nələr olacaq?

XƏBƏRLƏR
BLOGLAR
X