Ölkə 14:58 28.01.2019

Azərbaycanda hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti dəyişəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. 

Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 28-i axşam, 29-da havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i axşam, 29-da qərb küləyinin bəzi rayonlarda arabir 15-20 m/s olacağı, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.