Video 15:39 08.03.2018

Azərbaycanda kəndə vaşaq girdi (VİDEO)

Lerikin Şinəband kəndində yol kənarında vaşaq peyda olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Unikal.org-a kənd sakinləri məlumat veriblər. Sakinlərin bildirdiyinə görə, bu canlı ilk dəfədir ki, kənddə görüblər. Vaşaq heç bir kənd sakininə xəsarət yetirməyib. Heyvan yol kənarında ovladığı şikarı yeyərkən kənd sakinləri tərəfindən lentə alınıb. Vaşaq bir neçə dəqiqə ərazidə qaldıqdan sonra, meşəyə doğru hərəkət etməyə başlayıb və gözdən itib. 

Həmin görüntüləri sizlərə təqdim edirik:

Qeyd edək ki, vaşaq Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edir. Son 10 ilin tədqiqatları vaşaqın Hirkan meşələrində, Zəngəzur silsiləsində, Mingəçevir su anbarının ətrafındakı arid landşaftlarda yaşayıb qalmasını müəyyən etmişdir. Kiçik Qafqazın işğal altında qalmış ərazilərində də yayılması güman olunur. Daha stabil və sıx populyasiya Axar-Baxar silsiləsində mövcuddur.