Xəbər lenti

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 31 nəfər öldü
Ölkə 16:39 05.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 31 nəfər öldü

Azərbaycanda koronavirusa (COVID-19) 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, 31 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 19396 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.

Ümumi ölənlərin sayı 2792 nəfərdir.

Ümumi yoluxanların sayı 221401 nəfər, ümumi sağalanların sayı 199213 nəfərdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->