Ölkə 18:32 29.05.2020

Azərbaycanda koronavirusa yoluxma ən çox harda qeydə alınıb? (RƏSMİ)

Azərbaycanda koronavirusa yoluxanların 47 faizi Bakının payına düşür.

Qaynarinfo xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 13, 6 faiz, Aran bölgəsində 11,1 faiz, Lənkəranda 9.2 faiz təşkil edir.

Ramin Bayramlı bildirib ki, Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir: "Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb".

TƏBİB sədri vurğulayıb ki, yoluxma yüksək olan rayonlar Masallı, Xaçmaz, Beyləqan, Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdir: "Bu ərazilərin sakinlərinin qaydalara ciddi əməl etmələrini tövsiyə edirik".