"Azərbaycanın regionlarında və paytaxt Bakıda koronavirusla mübarizə tədbirləri çərçivəsində ixtisaslaşmış mərkəzlər yaradılacaq”.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev deyib.
Həmin mərkəzlərdə insanların xüsusi alqoritmlərlə yoxlanacağını bildirən mütəxəssis qeyd edib ki, xəstəlik aşkar olunduğu təqdirdə pasiyent karanatinə alınaraq müalicə olunacaq.
C.İsayev vətəndaşlara tövsiyə edib ki, kliniki əlamətlər meydana çıxan halda həm Bakı, həm də regionlarda həkimə müraciət edilməlidir.
Şərhlər