Ölkə 12:08 23.04.2021

Azərbaycanda maşın qiymətinə dəvə satılır (FOTO)

Azərbaycanda dəvələr yüksək məbləğə satışa qoyulub.

Yenisabah.az-ın məlumatına görə, bu barədə məşhur saytların birində elan yerləşdirilib. Hacıqabulda saxlanılan 4 böyük, 1 bala dəvə nə az, nə çox 20 min manata təklif edilir.

Qeyd edək ki, dəvə Azərbaycan coğrafiyasına xas heyvan növü deyil və ölkədə nadir hallarda onlara rast gəlinir.