Xəbər lenti

Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi
Ölkə 20:36 14.11.2019

Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi

Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında qərar qəbul olunub.  

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->