Xəbər lenti

Azərbaycanda qadın sahibkarlara 109,1 milyondan çox güzəştli kredit verilib
Ekonomiks 20:55 06.05.2019

Azərbaycanda qadın sahibkarlara 109,1 milyondan çox güzəştli kredit verilib

Azərbaycanda qadın sahibkarlığının payı ümumi sahibkarlığın 20 faizini təşkil edir.

Bu barədə Bakıda keçirilən Qadın Sosial Sahibkarlıq Forumunda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.

Nazir müavini bildirib ki, hazırda Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 4200-dən çox qadın sahibkara 109,1 milyon manatdan çox güzəştli kredit verilib.

Nazir müavini əlavə edib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir və qadın sahibkarlığı bu gün ölkədə böyük dəstək alır.(Trend)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->