Xəbər lenti

Azərbaycandan getdi, ilin məşqçisi seçildi
İdman 21:05 12.12.2018

Azərbaycandan getdi, ilin məşqçisi seçildi

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovinada ilin məşqçisi seçilib.

Qaynarinfo xəbər verir ki, xorvat mütəxəssis bu ölkənin yığma komandasını UEFA Millətlər Liqasında final mərhələsinə çıxardığı üçün bu ada layiq görülüb. Komanda onun başçılığı altında bu turnirdə meydana çıxdığı 4 oyunun heç birində məğlub olmayıb.

Qeyd edək ki, Bosniya və Herseqovinada ilin ən yaxşılarının mükafatlandırılması mərasimi dekabrın 17-də keçiriləcək. Prosineçki 2014-2017-ci illərdə milli komandamıza rəhbərlik edib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->