Xəbər lenti

Azərbaycanın “Caucasus Online” şirkətinə sahibi olması bizə nə vəd edir?
Asif Nərimanlı
Texnologiya 15:49 25.03.2021

Azərbaycanın “Caucasus Online” şirkətinə sahibi olması bizə nə vəd edir?

Asif Nərimanlı
 
Azərbaycanın "NEQSOL Holding” şirkəti Gürcüstanın "Caucasus Online” şirkətinin səhmlərinin 100 faizinin sahibi olub.

Bu, Çini Avropa ilə birləşdirəcək Avro-Asiya fiberoptik layihəsinin önünün açılması deməkdir. "Caucasus Online” şirkətinin operatoru olduğu Qara dənizin dibi ilə uzanan 1200 kilometrlik fiber-optik kabel (Avropa ilə Cənubi Qafqazı birləşdirən ən böyük fiber-tranzit magistralı) bu layihədə xüsusi önəm daşıyır.
Bu infrastruktura Azərbaycan şirkətinin sahib olması ciddi perspektivlər vəd edir:

1. Avrasiyanın, eləcə də dünyanın gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayan "bir kəmər - bir yol” layihəsində Azərbaycanın yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artır: Avro-Asiya fiberoptik layihəsi "rəqəmsal ipək yolu”nun bir hissəsidir;

2. Azərbaycan regionda ən böyük rəqəmsal mərkəzə çevrilir: Avro-Asiya fiberoptik layihəsində Xəzər dənizinin dibi ilə iki böyük kabel çəkiləcək və artıq Azərbaycan şirkətinə məxsus fiberoptik kabelə qoşulacaq; beləliklə, Azərbaycan Çin-Avropa internet tranzitində hab rolunu oynayacaq;

3. Dünyanın nəhəng onlayn şirkətlərinin Azərbaycana marağı artacaq;

4. Və ən əsası Ermənistanın internet axınını izləmək, təhlil etmək imkanı əldə edə bilərik: bu ölkənin internet trafikinin 80 faizi "Caucasus Online” şirkətinə məxsus fiberoptik kabeldən təmin olunurdu, indi bunu Azərbaycan şirkəti həyata keçirəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->