Siyasət 16:47 16.07.2020

Azərbaycanın eks-XİN şefi: “Sevinirik ki, bu qara səhifə artıq bağlandı"

"Mən onu təbrik edib, uğurlar arzulayıram".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Prezident İlham Əliyevin Ceyhun Bayramovu Xarici İşlər naziri təyin etməsindən danışarkən deyib. O, qara bir səhifənin bağlandığını bildirib:

"Sevinirəm ki, Xarici İşlər Nazirliyinin tarixində olan qara səhifə bağlandı. Mən sabiq nazirin fəaliyyətini nəzərdə tuturam. İndi bu mövzuya qayıtmaq istəmirəm, amma mən və digər həmkarlarım uzun müddətdir ki, onun fəaliyyətini təndiq edirdik. Mən və həmkarlarım sevinirik".
 

Tofiq Zülfüqarov Xarici İşlər nazirinin insanların arasında özünəməxsus hörmət qazanacağına ümüd etdiyini vurğulayıb: 

"Qalmaqallı, Azərbaycan diplomatiyasını biabır edən cinayətlər və s. hadisələr artıq arxada qalıb. İnşallah Xarici İşlər nazirinin təzə simasını görəcəyik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilib.

Bahar Rüstəmli