Azərbaycanın erməni sakinlərinə göndərdiyi ərzaq Xankəndiyə çatdırıldı, avtomobillər geri döndü (FOTO/VİDEO)
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.
Bu barədə "Report"a barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər